Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Mühasib (mal – material və əsas vəsaitlər üzrə) vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dili mütləqdir.
İşin təsviri:
- Anbar fəaliyyətinin təşkili və mal-material ehtiyatlarının idarə olunması, o cümlədən sifarişlərin yerinə yetirilməsi sistemi, müvafiq əməliyyatların lazimi səviyyədə təşkili, inventar siyahılarının dəqiqliyi kimi sahələrə aid məsələlərin bütün cəhətlərini bilməsi;
- Mal-material ehtiyatlarının hərəkətinin, avadanlıqların və əsas vəsaitlərin idarə olunması və saxlanmasının bütün mərhələlərində anbar fəaliyyətinin ən yüksək standartlara uyğun şəkildə təşkil olunmasının təmin edilməsi;
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkətinin qanunvericilik və mühasibat standartlarına uyğun uçotun təmin edilməsi;
- Anbarlar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) müntəzəm olaraq alınmasına və düzgün tərtib olunmasına, proqram təminatına vaxtında işlənməsinə nəzarət edilməsi;
- Regionlar üzrə təsərrüfatlarda mal-materiallar ehtiyatlarının, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin proqram təminatına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı üzrə mal-materiallar ehtiyatları üzrə imzalı hesabatların təqdim edilməsinə nəzarət edilməsi;
- Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq mal-materiallar ehtiyatlarının silinməsinin yoxlanılması;
- Baş ofis və regionlarda ay, rüb və il sonlarında əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesinin aparılması, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar və məbləğ, kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi.
Tələblər:
- Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)
- Müvafiq sahədə ən azı iki il iş təcrübəsi
- Regionlara mütəmadi səyahət etmək imkanının olması (ay ərzində iki dəfə)
- Kompüter bilikləri: Microsoft Office/Excel, 1C 8.3 proqramında mükəmməl işləmə bacarığı
- Nəzarət etmək və yerində təlimat vermək bacarığı
- Azərbaycan dili mütləq, digər dil bilikləri üstünükdür.
Əlavə məlumat:
- Iş yeri: BEGOC Biznes mərkəzi, Zərifə Əliyeva 93
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
Maraqlanan şəxslər öz CV formalarını “Mühasib” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...