Qısa məzmun
Business Accounting Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat:
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması, köçürülməsi;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- E-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- Elektron Qaimə Faktura, Hesab Fakturalarının işlənməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Ödəniş tapşırıqları və Təhvil-Təslim Aktlarının tərtib olunması;
Əsas tələblər:
- Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə);
- Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür);
- 1C proqramını və Microsoft Office proqramlarını (WORD, EXCEL) əla səviyyədə bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şərtləri:
- İş qrafiki: I-V günlər 09:00-dan 18:00-dək, istirahət günü: şənbə və bazar;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
- Əmək haqqı: 400-600 AZN
- Cv formasında şəkil olması mütləqdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə ”Mühasib köməkçisi” qeyd edərək vusal.consulting@gmail.com və consultingcompany22@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...