Mühasib – operator
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. GURU Consulting Mühasib – operator vəzifəsi üzrə vakansiya elan edir. Ezamiyyətlərə hazır olmalıdır.

Tələblər:

  • Azı 3 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
  • Vergi qanunvericiliyini bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Mühasibat uçotunda baza biliklərinə sahib olmalıdır;
  • İlkin sənədləşmələri, hesabatlar hazırlamağı bilməlidir;
  • Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
  • Müştəri işlə ünsiyyət qurmaq, müştərinin istəklərinə diqqət göstərmək bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir;
  • Ezamiyyətlərə hazır olmalıdır.

Vəzifələr:

  • Mühasibatlıq işləri və Vergi məsləhətləri xidməti ilə bağlı müraciət etmiş müştəriləri qəbul etməli, istəklərini dinləməli, çətinliklərinin həlli ilə bağlı məsləhətlər verməli;
  • Xidmət müqavilələrini və xidmət haqqı ödəniş qəbzlərini yazmalı, imzalatdırmalı və müştəri qovluğuna yerləşdirməlidir;
  • Müştərinin ASAN İmza nömrəsini, Şəxsi hesab vərəqəsinə giriş kod, parol və şifrəsini akt əsasında müştəridən təhvil almalıdır, müştəri qovluğuna yerləşdirməlidir;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əsasən sadələşmiş və MÖMV bəyannamələrini), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Müştərilərin şəxsi hesab vərəqələrini nəzarətdə saxlamaq, yaranmış borclar barədə SMS vasitəsilə müştərini zamanında məlumatlandırmaq;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi (I – V günlər 09:00 – 17:00, VI gün 09:00 – 15:00);
  • Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını Vacancy@groupguru.az email ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Mühasib

Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Karvan2002 MMC

17.01.2025 - Bakı

1500 — 2000 ₼
Baş mühasib

ASADZADESANAN MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

15.01.2025 - Bakı

Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

13.01.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

13.01.2025 - Bakı

Xəzinədar əməliyyatçı

GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...

GL ASC

13.01.2025 - Şabran

Xərclər üzrə mühasib (Tikintidə)

Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...

Max Print

10.01.2025 - Bakı

PL/SQL üzrə kiçik mütəxəssis

Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

10.01.2025 - Bakı

“Şəki” filialının Kredit şöbəsinin mütəxəssisi

Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

09.01.2025 - Şəki

Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis

ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

08.01.2025 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Hacıqabul

Mühasib ( Şəmkir )

Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.01.2025 - Şəmkir

Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis

PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.01.2025 - Bakı