Qısa məzmun
Modern Finance Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas iş öhdəlikləri:
- Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət;
- Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
- Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
- Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
- Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
- Maliyyə hesabatlarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.
Əsas bilik və bacarıqlar:
- Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
- Mühasibat uçotu və maliyyə sahəsində minimum 2 il iş tərcübəsi;
- Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması;
- Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması;
- MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (Rus dilini bilmək arzuolunandır);
- 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır;
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CİMA və s.) nəticələrin olması arzuolunandır;
- Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması;
- Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.
Zəhmət olmasa, tərcüməyi-halı (CV) ” Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis” başlığı ilə aşağıda qeyd olunan e-mail adresinə göndərin.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...