Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azericard Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri.
İşin təsviri:
- Mühasibat uçotunun beynəlxalq standartlara (İFRS) və yerli qanunvericiliyə uyğun təşkilini həyata keçirmək;
- Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük, aylıq hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Əmək haqların və digər ödəmələrin (o cümlədən, ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, həmçinin vergi və digər tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
- Ödənişləri nəzarətdə saxlamaq;
- Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.
Tələblər:
- Ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və ya kredit);
- ACCA üzrə F3,F7 və ya Dipifr sertifikatlarının olması mütləqdir;
- Maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı
- Vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməli;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını İFRS bilməli (mütləq);
- 1C Proqramı üzrə mükəmməl biliklər;
- Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
- Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Namizədlərdən CV-lərini “Mühasibatlıq və proqnozlaşdırma şöbəsinin müdiri” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...