Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Mühasibatlıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İstehsalatda iş təcrübəsi arzuolunandır.
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Maliyyə şöbəsi, Mühasibatlıq sektoru, mütəxəssis
- Cəmiyyətin təsərrüfat-maliyyə və hasilat fəaliyyətinin perspektiv, illik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatları işləyir; xidmətlərin, tədqiqat və layihə işlərinin aparılması üçün material, əmək və maliyyə xərcləri, yeni texnikanın təchiz edilməsi və tətbiqi üzrə hesablamaları yerinə yetirmək;
- Ödəniş tapşırıqlarını tərtib etmək;
- Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması, əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması və vaxtında aidiyyəti orqanlara təqdim edilməsini təmin etmək;
- Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması, ödənişini təşkil etmək;
- şlənib hazırlanmış iş planlarına, metodik tapşırıqlara və işlərin yerinə yetirilməsi məsələlərinə baxılmada, eləcə də əməyin, idarəetmənin mütərəqqi formalarının, plan və hesabat sənədlərinin təkmilləşdirilməsində iştirak etmək;
- Mühasibatlıqda kargüzarlıq işini təşkil etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyyatını aparmaq;
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
- Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları almaq;
- Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və riyazi biliklər.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramları.
- Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, milli mühasibat uçotu standartları, üzrə nəzəri biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil.
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (istehsalat sahələri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...