Qısa məzmun
Xalq Bank Mühasibatlıq şöbəsinin mühasib – kiçik mütəxəssisi / mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
- Ali magistr təhsili (Maliyyə və ya İqtisadi arzuolunandır);
- Mühasibat uçotu sahəsində təcrübə və biliklər;
- Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;
- 1C 8.3 versiyasının istifadəçisi;
- MS Office proqramlarından istifadə etmək bacarığı (xüsusi ilə Excel);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi və ACCA olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
- 1C 8.3 versiyasında əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməlyyatlarının aparılması;
- Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil / məxaric əməliyyatlarının uçotu;
- Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
- Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
- Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
- İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Faks: (012) 404 43 34.
Oxşar vakansiya siyahısı:
Mühasib
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Maliyyə mütəxəssisiSuper Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...