Qısa məzmun
TITAN Group MMC Mühəndis-elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Soyuducu qurğuların (aqreqatların, mərkəzi sistemlərin, monoblokların) elektrik şəbəkəsinə qoşulması layihələrinin hazırlanması;
- Soyuducu kameraların daxili işıqlandırma layihələrinin hazırlanması;
- Qurğuların elektrik enerji sərfiyyatlarının hesablanması;
- Elektrik sxemlərin çəkilməsi;
- Elektrik şitlərin və elektron idarəetmə panellərin normalarının tərtib olunması;
- Layihələrə nəzarət;
- Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
- Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.
Namizədə tələblər:
- Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook);
- Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq;
- Elektrik sxemlərini oxumaq və tərtib etmək bacarığı;
- Elektrik avadanlıqlar ilə iş təcrübəsi;
- Əsas götürülmüş və elektrik avadanlıqlarının işinə təsir edən fiziki prosesləri başa düşmək;
- Sənaye müəssisəsində elektrik təchizatının qurulmasının əsasları haqqında biliklərin olması;
- AutoCAD proqramında sərbəst işləmə bacarığı;
- Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
- Azərbaycan və Rus dili biliyi (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili arzuolunandır;
- Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
İş qrafiki:
- 09:00-18:00; (Bazar ertəsi – Cümə)
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Sənayə soyutma sahəsi üzrə Mühəndis-elektrik” qeyd etməklə hr@titan.az mailinə göndərə bilərlər.
- Ünvan: Y.Səfərov k., 1A/2, Bakı, Azərbaycan.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnşaat işləri üzrə sahə rəisi
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...