Qısa məzmun
Veysəloğlu Yaycılı Qardaşlar Mühəndis Mexanik vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə və öhdəliklər:
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Avadadanlıqlarının, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığılmasını təmin etmək
- Avadanlıqlarının təmirindən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
- Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmasını və yoxlanılmasını təmin etmək
- İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki sistemdə və elementlərdə texniki xidmət və təmir işlərinin aparılması
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
- Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
- Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
Tələblər:
- Ali texniki və ya mühəndis-texniki təhsil
- Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
- Avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını bilməli
- İşinə məsuliyyətli, intizamlı olmalı;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 5 günlük iş həftəsi
- Yemək və servis təminatı
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Sentyabr tarixinədək emailin mövzu hissəsində ” mühəndis mexanik” qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...