Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Mühüm müştərilərlə iş şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

  • Yaş: 21-35
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla) mütləqdir, İngilis dili arzuolunandır
  • Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Sabit əmək haqqı 500 AZN
  • Sınaq müddətindən sonra 600 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən br müraciət vasitəsidir
    İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Maraqlananlar öz CV formalarını recruiting@ateshgah.com ünvanına göndərə bilər.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

Təcrübə Proqramı – Təchizatçı

Aznet Technologies QSC Təcrübə Proqramı elan edir. ...

Aznet Technologies

08.04.2025 - Bakı

Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı)

AccessBank Mikro və Aqro müştərilər üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (Mingəçevir filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...

AccessBank

08.04.2025 - Mingəçevir

Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı)

AccessBank Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...

AccessBank

03.04.2025 - İsmayıllı

750 — 850 ₼
Animator

Supertoys Animator vəzifəsi üzrə vakansiya elan edir ...

Super Toys

02.04.2025 - Bakı

400₼
Operator

CHAILAB restoranına Operator axtarılır ...

CHAILAB

02.04.2025 - Bakı

400₼
Call center operatoru

Seylab Call center operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

02.04.2025 - Bakı

1200₼
Administrator

CHAILAB restoranına Administrator axtarılır ...

CHAILAB

01.04.2025 - Bakı

600 — 800 ₼
Qeydiyyatçı (Receptionist)

Port Rivoli Baku Qeydiyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir. ...

Port Rivoli Baku

19.03.2025 - Bakı

400₼
Ofis işləri üzrə Əməliyyatçı

AzəriMed QSC Ofis işləri üzrə Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

19.03.2025 - Bakı

449₼
Qeydiyyatçı

Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

19.03.2025 - Bakı

Qeydiyyatçı

Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı axtarışındayıq. ...

Arena Plaza Hotel & Apartments

19.03.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.03.2025 - Bakı