Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Müqavilələr üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Bütün növ müqavilələrin (alqı-satqı, kirayə, icarə, lizin, xidmət, idxal/ixrac və s.) hazırlanması;
- Müqavilələrin bağlanması prosesində iştirak, bununla bağlı zəruri sənədlərin toplanması və hazırlanması;
- Müqavilə şablonlarının hazırlanması;
- Müqavilələrin xitamı ilə bağlı müvafiq sənədlərin hazırlanması;
- Müqavilə tərəfləri arasında mübahisələrin yaranması zamanı danışıqların aparılması, bütün görüşlərdə iştirak, pretenziyaların və ya reklamasiya aktlarının hazırlanması;
- Müqavilələr üzrə digər şöbələrə hüquqi məsləhətlərin verilməsi və ya daxil olan müqavilələrlə bağlı hüquqi rəy verilməsi;
- Müqavilələrin və Müqavilələrə aid olan bütün növ sənədlərin elektron vəziyyətdə arxivləşməsi və əsillərinin xronoloji vəziyyətdə kağiz formatda saxlanması, mühafizəsi;
- Proqram təminatında müqavilələrin və əlavələrin reyestrinin aparılması.
Tələblər
- Ali təhsil (hüquqşünaslıq);
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və tədarükü sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Azərbaycan, ingilis və rus dillərini bilməli;
- Müqavilə tərtibi sahəsində ən azı 2 illik təcrübə;
- İT biliklər: MS Excel, MS Word, Outlook, Adobe Acrobat;
- Mülki, vergi, inzibati və cinayət qanunvericiliyini bilmək.
https://hr.mktcotton.com/az/job/muqavileler-uzre-huquqshunas