Müqavilələr üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Müqavilələr üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin rolu:

Bu vəzifənin rolu bütün müqavilələrin hazırlanması, dövriyyəsi, danışıqların aparılması, imzalanması, arxivləşdirilməsi və s. prosesləri idarə etməkdir.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq və yerli qanunvericiliyə, habelə şirkətin siyasət və maraqlarına uyğunluğu baxımından bütün növ müqavilələri (məxfilik, alğı-satqı, xidmət, və hər növ kommersiya müqavilələri daxil olmaqla) və onlara düzəlişləri hazırlayır və/və ya nəzərdən keçirir.
  • Müqaviləni şirkət daxilində aidiyyəti üzrə (elektron poçt vasitəsilə ya da fiziki olaraq) dövriyyəsini təmin edir və alınan bütün şərhləri birləşdirir
  • Şirkətin müvafiq departamentləri ilə kommersiya şərtləri üzrə danışıqları əlaqələndirir
  • Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
  • Bütün imzalanmış müqavilələrin onlayn və oflayn rejimdə arxivləşdirilməsini təşkil edir və idarə edir
  • Zəruri hallarda digər hüquqi məsələlərdə hüquq şöbəsinə köməklik göstərir

Əsas tələblər:

Təhsil:

  • Ali hüquq təhsili, magistr dərəcəsi üstünlükdür

Təcrübə:

  • Müqavilə hüququ sahəsində ən azı 3 il iş təcrübəsi

Professional biliklər:

  • Müqavilə, korporativ və kommersiya üzrə qanunvericilik
  • Səlis rus və ingilis dili
  • MS Office proqramları 

Professional bacarıq və kompetensiyalar:

  • Danışıqların aparılması
  • Daxili kommunikasiya
  • Təşkilatçılıq
  • Detal yönümlülük
  • Zamanın idarə olunması
  • Nəticə yönümlülük
  • Problem həll etmə
  • Proaktiv düşüncə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Hüquqşünas” qeyd edərək göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...