Müqavilələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand Logistics Center Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Etibarnamələrin qeydiyyatını aparmaq
  • Məktubların tərtib edilməsi və redaktə edilməsi;
  • Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq.
  • Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə çatdırılması
  • Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
  • Müqavilə danışıqlarının aparılması;
  • Müqaviləyə əlavələrin hazırlanması;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
  • Müqavilələrin reyestrinin aparılması
  • Müqavilə yazışmalarının aparılması
  • Müqavilələrə hüquqi rəy verilməsi
  • Logistika və Gömrük məsələlərində dəstək
  • Müqavilə sənədlərinin arxivlənməsinə nəzarət
  • Müqavilələrə əsasən ödənişlərin izlənməsi və gecikmələr barədə rəhbərliyin məlumatlandırılması
  • Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması

Tələblər:

  • Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
  • Kommersiya hüququ bilikləri;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
  • Azərbaycan dili, Rus dili, İnglis dili yüksək səviyyədə
  • Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
  • Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Şəxsi bacarıqları:

  • Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
  • İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
  • Nəzarət olmadan vəzifə öhdəliklərini yerinə yetirmə;
  • Komandada işləmə bacarığı.
  • Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...