Qısa məzmun
Sinteks Group şirkəti Müqavilələr Üzrə Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifənin rolu bütün müqavilələrin hazırlanmasını, dövriyyəsini, danışıqların aparılmasını, imzalanmasını, arxivləşdirilməsini və s. prosesləri icra və idarə etməkdir.Vəzifə öhdəlikləri:
- Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, alğı-satqı, xidmət və hər növ kommersiya müqavilələri daxil olmaqla) və onlara düzəlişləri hazırlayır və/və ya nəzərdən keçirir
- Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
- Şirkətin müvafiq departamentləri ilə kommersiya şərtləri üzrə danışıqları əlaqələndirir
- Bütün imzalanmış müqavilələrin onlayn və oflayn rejimdə arxivləşdirilməsini təşkil edir və idarə edir
- Zəruri hallarda digər hüquqi məsələlərdə hüquq şöbəsinə köməklik göstərir
Əsas tələblər:
Təhsil:
- Hüquq üzrə ali təhsil
Təcrübə:
- Müqavilə hüququ ilə əlaqəli sahələrdə ən azı 1 il
Professional Biliklər:
- Müqavilə, korporativ və kommersiya üzrə qanunvericilik
- Əla səviyyədə Rus və İngilis dili
- MS Office proqramları
Professional Bacarıqlar və Kompetensiyalar:
- Danışıqlar aparmaq bacarıqları
- Biznes kommunikasiyası
- Təşkilati bacarıqlar
- Detal yönümlülük
- Vaxtın idarə edilməsi
- Nəticə yönümlülük
- Problemlərin həlli
Proaktiv düşünmə Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.