Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Alyans Tekstil Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlə işləmə bacarığı olmalıdır.
İşin təsviri:
- Müqavilələrin hazırlanması və ekspertizasını həyata keçirmək;
- Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
- Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubları tərtib etmək;
- Şirkətdaxili sənəd dövriyyəsini həyata keçirmək;
Namizədə olan tələblər:
- Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
- Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan, rus və ingilis dilləri – əla səviyyədə;
- Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
- Kollektivlə işləmə bacarığı.
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri
- İş rejimi: 5 günlük 08:30-17:30
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.
Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Müqavilələr üzrə mütəxəssis” yazmaqla hr@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur.