Qısa məzmun
Amal Group Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali (Hüquq, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s.,)
- Kompüter bilikləri: MS Office proqramları
- Dil bilikləri: Azərbaycan dili; Digər dillər əlavə üstünlük hesab olunur.
- İş təcrübəsi: Müvafiq sahədə 2 ildən az olmayaraq iş stajı.
Vəzifə öhdəlikləri:
- Satınalma müqavilələri üzrə danışıqlar aparmaq, struktur bölmələrdən daxil olan müraciətlərə əsasən bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokolların layihələrini hazırlamaq;
- Bütün növ müqavilələri, əlavə razılaşmaları, razılaşdırma protokollarını və müqavilə ilə bağlı olan digər sənədləri məlumat bazasına daxil etmək;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
- Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi;
- Müqavilələrin icrasına nəzarət zamanı aşkar olunmuş nöqsanları təhlil etmək, onların aradan qaldırılması və iddia müddətlərinin buraxılmaması üçün lazımi tədbirlər görmək;
Bacarıqlar:
- Satınalma prossesləri və ümumi prinsiplərini;
- Bazarı təhlil etmək üsul və qaydalarını;
- Satınalma müqavilələrin tərtibatı qaydalarını;
- Qərar vermə və problem həll etmə üsullarını və pirinsiplərini;
- Planlaşdırmaq və təşkil etmək;
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Müqavilələr üzrə mütəxəssis” adını qeyd edərək ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az