Müqavilələrlə iş üzrə hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Aztelekom Müqavilələrlə iş üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəlikləri:

  • Öz vəzifə istiqaməti üzrə Cəmiyyətdaxili normativ sənədlərin (Qaydaların, Təlimatların, Proseslərin və digər daxili normativ sənədlərin) hazırlanmasında iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, müxtəlif növ müqavilələri hazırlamaq, hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
  • Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

  • Ali hüquq təhsili;
  • Müqavilələr üzrə iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyasını,
  • Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu,
  • Mülki, Dövlət satınalmaları haqqında AR Qanununu, Azərbaycan Respublikasının Əmək qanunvericiliyini bilmək və
  • Dövlət satınalmalarının keçirilməsi prosedurları haqqında məlumatlı olmaq;
  • İşgüzar və hüquqi yazışma normalarını bilmək;
  • Peşəkar ünsiyyət psixologiyasını bilmək;
  • Dövlət dilini səlis bilmək, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və metodiki sənədləri bilmək;
  • Kompüter bilikləri üzrə: MS Office (word, excel və powerpoint) və Outlook proqramlarında sərbəst işləmək;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları (zəruri hallarda) ;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmağı;
  • Yaradıcı və təşəbbüskar olmağı.

İş barədə məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Bakı şəhəri

Arzu edənlər CV-lərini hr@aztelekom.az elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd:  CV göndərərkən elektron poçtun “mövzu” hissəsinə müraciət olunan vəzifənin adı (Müqavilələrlə iş üzrə hüquqşünas) və maaş gözləntisi mütləq qeyd edilməlidir.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...