Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC (MKT Cotton) Müşahidə şurası sədrinin köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Şirkətin idarə heyəti üzvünə iclasların planlamasına və tədbir təqvimlərini yaradılmasına yardım etmək;
- İclaslarda katiblik funksiyasını icra etmək, həmin iclasların protokollarını hazırlamaq, ehtiyac olduqca tərcüməsini etmək;
- İşgüzar yazışmaları aparmaq, məktubları cavablamaq, aidiyyatı şöbələrə ünvanlamaq;
- Korporativ sənədlərin hazırlanması;
- Daxil olan sənədlərin müvafiq şöbələr üzrə bölüşdürülməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan və ingilis dillərini yazılı və şifahi əla səviyyədə bilmək;
- Sənədlərin İngilis, Azərbaycan dillərinə səlis və işgüzar tərcümə edə bilmək;
- Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
- Məxfi məlumatlarla və stress altında işləmək;
- Daxili və xarici yazışmaları idarə etmək;
- Əla səviyyədə yazılı və şifahi ünsiyyət qurmaq;
- Hüquq, Beynəlxalq münasibətlər, Beynəlxalq hüquq və oxşar sahələr üzrə Ali təhsil üstünlükdür.
Səriştələr:
- Məsuliyyətli;
- Dəqiq;
- Nailiyyət yönümlülük;
- Etibarlılıq;
- Dürüstlük.
Link:https://hr.mktcotton.com/az/job/mushahide-shurasi-sedrinin-komekchisi