Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SR Group Co MMC Müştəri Xidmətləri İnkişaf şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: “SR Group” MMC
“SR Group” müxtəlif sahələrdə yeni-yeni uğurlara imza atan gənc bir şirkətdir.
Biz, bir neçə avtomobil brendi, elektronika mağazalar şəbəkəsi, tikinti və s. sahələr üzrə biznes istiqamətlərinin inkişafına fokuslanan, amma bununla kifayətlənməyən iddialı və inamlı komandayıq.
Müştəri Xidmətləri İnkişaf şöbəsinin rəhbəri
Tələblər:
• Xidmət və satış nöqtələrində bilik və bacarıq səviyyəsinin təşkilatın standartlarına uyğun saxlanılması və inkişaf etdirilməsi
• Təlim ehtiyaclarının müəyyən olunması və təmin edilməsi üçün müvafiq fəaliyyətin həyata keçirilməsi
• Şikayətlərin idarə olunması prosesinin qurulması və inkişaf etdirilməsi
• Dəyərləndirmə və monitorinq prosesinin təkmilləşdirilməsi
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması
Təhsil – Ali təhsil
Təcrübə:
- 3 il pərakəndə satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi
- Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
- Satış və xidmət sahəsində keyfiyyətə nəzarət, şikayətlərin idarəolunması və biliklərin yoxlanılması funksiyaları ilə işlədiyinə dair təcrübə
Biliklər:
- Azərbaycan və ingilis dili (yüksək səviyyə)
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
- Keyfiyyətə nəzarət sistemləri, təlim prosesi və biliklərin yoxlanılması, şikayətlərin idarə olunmasının prinsipləri
Bacarıqlar:
- Analiz, problemlərin həlli və qərarvermə
- Müştəriyə fokuslanma
- Keyfiyyətə fokuslanma
- Dəqiqlik və təfsilatlara yönümlülük
- İnkişafa yönümlülük
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hr@srgroupco.com elektron ünvana təqdim edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...