Qısa məzmun
Prior Leasing Müştəri dəstəyi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Məlumat Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və kampaniya, şərtlər, məhsullar, eyni zamanda digər sualları operativ cavablandırmaq;
- Məlumat Mərkəzinə daxil olan zənglərin CRM proqramında qeydiyyatını aparmaq;
- Zərurət olduğu halda geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan araşdırma və dəqiqləşdirmə müraciətlərini digər şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- Müştərilərin şikayət, təkliflərinin dinləmək, həllinə yönəlmək. Ay ərzində analitik təhlilin nəticəsini rəhbərliyə təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
Namizədə dair tələblər:
- Ali təhsil
- İş təcrübəsi- minimum 1 il, Müştərilərlə iş təcrübəsi arzuolunan
- Azərbaycan, Rus dili səlis danışıq və peşəkar yazışma, İngilis dili (arzuolunnadır):
- Microsoft office proqramlarında işləmək bacarığı
- Səlis nitq və fikrin düzgün izah edilməsi, yüksək ünsiyyət qabiliyyəti;
- Operativlik;
- Stressədavamlılıq;
- Məsuliyyətli və səbrlilik;
- Müştəriyönümlülük;
- Təklifyönümlülük.
Səriştəliklər:
- Yüksək analitik yanaşma;
- Müştərini diqqətlə dinləyib təlabatını operativ formalaşdırmaq;
- Müraciətin operativ həlli üçün əngəl olan məqamları analiz etmək və bu barədə rəhbərliyi məlumatlandırmaq
İş şərtləri:
- 3+1 ( 3 gün iş, 1 gün istirahət)
- Növbəli qrafik: (08.30-17.30/ 11.30-20.30)
- Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi
- Əmək haqqı: 500 AZN(net)
Maraqlanan namizədlər mövzu yerində “Müştəri dəstəyi üzrə operator” yazmaqla öz CV-lərini göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...