Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə İşçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan LLC Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir.

Rol haqqında:

CRM üzrə işçinin əsas öhdəlikləri müştərilərə mümkün qədər tez xidmət göstərilməsini təmin etmək üçün Çağrı Mərkəzini idarə etmək və müştəri xidmətləri göstərən digər qruplar ilə koordinasiyanı təmin etməkdir.

Vəzifə sahibi Əməliyyat Şöbəsi, Hüquq Şöbəsi ilə yaxından əməkdaşlıq edərək “FINCA Azerbaijan”-nın Müştəri Əlaqələrinin İdarə Edilməsi strategiyasını və Müştəri Şikayətlərinin İdarə Edilməsi mexanizmini təkmilləşdirmək üçün uyğun rəhbərliyə dəstək göstərir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Təşkilatın Qaynar Xəttinə daxil olan müştəri sorğularının cavablandırılması və qeydiyyatı
  • Qaynar xəttə daxil olan müştəri sorğularının aidiyyatı şöbələr ilə əməkdaşlıq edilərək araşdırılması və həllinin izlənməsi
  • Təşkilata daxil olan müştəri məktublarının araşdırılması və cavablandırılması prosesinin koordinasiya edilməsi
  • Sosial Media kanallarından, mail üzərindən daxil olan müştəri sorğularının cavablandırılması
  • Marketinq şöbəsinə müştəri rəylərinin toplanması və analiz fəaliyyətlərində dəstək göstərilməsi
  • Müştəri sorğularının keçirilməsində aktiv iştirak

Namizəddən gözləntilərimiz:

  • Bakalavr dərəcəsi (əlaqəli sahədə)
  • MS Office proqramları bilikləri, Sosial Medya kanallarından istifadə bacarığına sahib olmaq
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları
  • Müstəqil və komanda daxilində işləmək bacarığı
  • Operativ qərarmə bacarığı
  • Dil Bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq

Seçimlərdə növbəti addımlar:

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda

Müraciətinizi recruitment@fincaazerbaijan.com elektron ünvanına CV-nizi əlavə etməklə və Subject/Mövzu hissəsində Müştəri Əlaqələrinin İdarə Edilməsi üzrə İşçi (Baş Ofis) qeyd etməklə 15 Fevral 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz.

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness” mərkəzinə Qeydiyyatçı tələb olunur ...

1st Fitness

18.11.2024 - Bakı

600₼
Kadrlar üzrə mütəxəssis

AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

15.11.2024 - Bakı

Sənədləşmə üzrə kiçik mütəxəssis

Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

Resepşn

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

14.11.2024 - Bakı

400₼
Operator (Soyuq satis)

Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

07.11.2024 - Bakı

600₼
Reception

Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Digital MMC

03.10.2024 - Bakı