Müştəri Əlaqələri üzrə İşçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FINCA Azerbaijan Müştəri Əlaqələri üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir.

Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı  Neftçala Filialı üçün

Müştəri Əlaqələri üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək
  • Kredit sənədlərinin tənzimlənməsi və portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək
  • Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək
  • Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək
  • Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək
  • Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlığı təmin etmək

Namizəddən gözləntilərimiz

  • Ali təhsil, Biznes/İqtisadiyyat/Mühasibatlıq və ya Bizneslə əlaqəli oxşar sahlələrdə Bakalavr dərəcəsi olanlara üstünlük verilir
  • Müştəri Xidmətləri və Arxa Ofis üzrə 1 il iş təcrübəsi
  • Kreditlərin restrukturizasiyası üzrə biliklər
  • MS Office proqram bilikləri
  • Dil Bilikləri: Azərbaycan dili – səlis
  • Yüksək ünsiyyət qurma bacarıqları
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı

Seçimlərdə növbəti addımlar

  • Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda
  • müraciət etmək üçün âaşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın,  10 Aprel, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
  • Müraciətinizi həmçinin recruitment@fincaazerbaijan.com elektron ünvanına CV-nizi əlavə etməklə və Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Neftçala Filialı) qeyd etməklə 10 Aprel 2022-ci il tarixindən (günün sonu) gec olmamaq şərtilə göndərə bilərsiniz.
  • Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər qəbul olunmayacaq.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

Oxşar vakansiya siyahısı:

350 — 600 ₼
Operator

Ritm mebel Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Ritm Mebel

27.06.2024 - Bakı