Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Müştəri əlaqələri üzrə İşçi (Cəlilabad filialı) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Cəlilabad filialı üçün
MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
Son müraciət tarixi: 21.05.2023
Rol haqqında:
Təşkilatda Ön Ofis xidmətlərinin və Baş Ofis Departamentləri/Şöbələri ilə filialın səmərəli əməkdaşlığın təminatçısı olan Müştəri Əlaqələri üzrə İşçi, təşkilatın təqdim etdiyi kreditlərin verilməsi prosesinə qüsursuz dəstək göstərir. Bu dəstək çərçivəsində Müştəri Əlaqələri üzrə İşçi həmçinin, Baş Ofis Departamentləri/Şöbələri ilə filialın koordinasiyalı işinin nəticəsində yüksək keyfiyyətli müştəri xidmətlərini göstərməklə tamamlanması, çoxsaylı müştəri müraciətlərini cavablandırmaq və ona, inzibati və sturuktur istiqamətli aidiyyatı olan işlərin keyfiyyətlə/zamanında icrası üzrə cavabdehdir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərinin keyfiyyətlə və zamanında qəbulunu təmin etmək və bu müraciətləri təlimat üzrə aidiyyatı şöbələrə operativ çatdırmaq;
- Kreditlərin rəsmiləşdirilməsi, sənədləşdirilməsi və müştərilərə çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə filialın inzibati işlərini icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və birbaşa menecerinə təqdim etmək;
- Təşkilat tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə səmərəli əməkdaşlıq qurmaq;
- Digər öhdəlik və tapşırıqları keyfiyyətlə/zamanında icra etmək;
Tələblər
Namizəddən gözləntilərimiz:
- Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili;
- Müştəri Xidmətləri və Ofis işləri üzrə ən azı 6 aylıq iş təcrübəsi;
- MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
- Kreditvermə sahəsində başlanğıc səviyyədə biliklərin olması arzuolunandır;
- Məsuliyyətli və təşəbbüskar olmaq;
- İşgüzar və aktiv olmaq;
- Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
- Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
Dil Bilikləri:
- Səlis Azərbaycan dili bilikləri, fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...