Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC Müştəri Əlaqələri üzrə İşçi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini səlis bilməlidir.
“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
Hal-hazırda “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ŞABRAN FİLİALI üçün MÜŞTƏRİ ƏLAQƏLƏRİ ÜZRƏ İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.
“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.
ƏSAS ÖHDƏLİKLƏR
- Yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək;
- Kredit sənədlərinin tənzimlənməsi və Portfelin idarə olunması prosesində mərkəzləşdirilmiş şöbələrə dəstək göstərmək;
- Kreditin verilməsi və çatdırılma kanallarını dəstəklə təmin etmək;
- Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə müəyyənləşdirilmiş qaydada filialın inzibati tapşırıqlarını icra etmək və arxiv funksiyasını idarə etmək;
- Tələb olunan hesabatları hazırlamaq və Sahə Menecerinə təqdim etmək;
- Filialın və Baş Ofisin digər Departamentləri/Şöbələri ilə xoş münasibət qurmaq və səmərəli əməkdaşlığı təmin etmək;
- Müəssisə tərəfindən təşkil olunmuş bütün müvafiq təlim fəaliyyətlərində və seminarlarda fəal iştirak etmək;
- Digər öhdəlikləri icra etmək;
Tələblər:
- Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə diploma üstünlük verilir;
- Səlis Azərbaycan dili;
- MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində əsas biliklər; çapetmə və məlumat daxiletmə bacarıqları;
- Müştəri xidmətləri və arxa ofis üzrə 1 illik iş təcrübəsi;
- Kreditlərin restruktirizasiyası üzrə məlumatlı olması;
- İşgüzarlıq və aktivlik.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 18 oktyabr 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Müştəri Əlaqələri üzrə İşçi (Şabran Filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...