Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD Mütəxəssis (Müştəri Əlaqələrinin İdarə edilməsi üzrə – CRM) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərin loyallığını artırmaq və qorumaq üçün fəaliyyətin planlaşdırması;
- CRM sisteminin inkişafı və tətbiqi proqramının idarə edilməsi: biznes tələblərinin formalaşmasında iştirak etmək, həyata keçirilməsinə nəzarət etmək;
- CRM üzrə fəaliyyətin qiymətləndirilməsi, hesabatların hazırlanması;
- CRM kampaniyalarının həyata keçirilməsi üçün biznes proseslərinin optimallaşdırılması;
- CRM istiqaməti üzrə uzunmüddətli inkişaf planının yaradılması;
- Aylıq satışlar üzərindən müştəri yönümlü təhlillərin aparılması;
- Müştəri şikayətlərinin idarə edilməsi və ay sonu hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Marketinq, menecment və oxşar sahədə ali təhsil;
- Mükəmməl Azərbaycan və Rus dilləri, İngilis dili (arzuolunandır);
- Müvafiq sahədə 2-3 il iş təcrübəsinin olması;
- Marketinq üzrə ümumi bilik və bacarıqlar;
- Microsoft office proqramlarında sərbəst istifadə (Word, Excel, PowerPoint);
- Komandada işləmək bacarığı.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV –ni (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan CV – lərə baxılmayacaq
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...