Qısa məzmun
PAŞA Bank Müştəri Məmnuniyyəti üzrə Təcrübə Proqramı vəzifəsi üzrə vakansiya elan edir
Təsvir
“PAŞA Bank”da yeni təcrübə və inkişaf fürsəti sizi gözləyir!
Müştəri məmnuniyyəti üzrə təcrübə proqramına qoşulun və peşəkar inkişafınızda yeni uğurlu başlanğıca addım atın.
Müştəriyönümlülük strategiyamızın bir parçası olan və 6 ay müddətində davam edən proqram çərçivəsində yeni məzun və tələbələr korporativ iş mühiti ilə yaxından tanış olaraq bank sahəsində müştəri xidmətləri üzrə bilik və bacarıqlara yiyələnəcəklər.
Bu proqram sizə nə qazandıracaq?
- Təcrübə: Bank sektorunda müştərilərlə real iş mühiti;
- Təlimlər: PAŞA Bank mütəxəssisləri tərəfindən praktiki biliklər;
- Korporativ Mühit: Peşəkar iş mühiti və yeni əlaqələr;
- Sertifikat: Təcrübənin sonunda rəsmi sertifikatla təmin olunma
Sizdən gözləntilər nələrdir?
- Müştəriləri gülərüzlə qarşılayıb yönləndirmə;
- Müştəri ehtiyaclarına uyğun növbəlilik sistemində dəstək göstərmə;
- PAŞA Bank tətbiqi vasitəsilə müştəriləri məlumatlandırma və dəstək.
Tələblər
Bu proqram kimlər üçün nəzərdə tutulub?
- Bakalavr üzrə 3-cü və 4-cü kurslarda təhsil alan tələbələr, hazırkı magistr tələbələri və 2024-cü il məzunları;
- Səlis Azərbaycan dili, ingilis və ya rus dili biliklərinə üstünlük verilir;
- Yüksək kommunikasiya bacarığı, təşəbbüskarlıq və motivasiya;
- Komandada effektiv işləmə və detallara diqqət yetirmə qabiliyyəti.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...