Qısa məzmun
Baku Electronics Müştəri məmnuniyyəti üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Xüsusi Tələblər:
- Təhsil: Ali;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik təhlil bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemləri effektiv şəkildə həll etmək;
- Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;
- Müştərilərə xidmət qaydalarını və metodlarını bilmək;
- Stresə davamlı olmaq;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Müştəri ərizələri ilə bağlı bütün proseslərə nəzarət etmək;
- Müştəri ilə ərizə haqqında daha ətraflı məlumat almaq üçün əlaqə saxlamaq;
- Müştəri məlumatlarının toplanması və sistemə düzgün daxil edilməsinə nəzarət etmək;
- Proseslərə uyğun olaraq ərizəni lazımi şöbəyə yönləndirmək;
- Müştərinin ərizəsinə uyğun olaraq müştəri tarixçəsini və məhsul haqqında bütün nüansları dəqiqləşdirmək;
- Proqrama məlumatların daxil edilməsini təmin etmək;
- Müştəri bazasını analiz etmək və problemlər haqqında hesabat hazırlamaq;
- Həftəlik və aylıq hesabatları hazırlamaq;
- Müştəri məmnuniyyəti ilə əlaqədar olan prosesə nəzarət etmək;
İş şəraiti:
- İş yeri – Baş ofis;
- İş qrafiki – 8 saatlıq iş rejimi.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...