Vəzifə və Öhdəliklər:
- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;
Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi; - İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
- Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
- Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
- Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;
- Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
- Departament əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
- Departament əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
- Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
- Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
- Zəruri hallarda Şirkətin məhkəmə orqanlarında təmsil etmək;
- Birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR:
- Ali təhsil – arzu olunan hal olaraq hüquqi təhsil;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi qqında texniki bilik;
- Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.
TƏCRÜBƏ:
- Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 2 il iş təcrübəsi.
BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı;
- Problemlərin həlli bacarığı;
- Komanda ilə işləmək bacarığı,
- Liderlik;
- Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
- Müştərilərlə iş üsulları biliyi.
Son müraciət tarixi: 29 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin
.