Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Müştəri xidmətləri üzrə köməkçi” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
- Ofisin qeydiyyat sisteminə nəzarət etmək;
- Poçtla göndərilən məktubları, bağlamaları açmaq və paylamaq;
- Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
- Reception xidmətləri göstərmək;
- Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
- Telefon zənglərinə cavab vermək və onları yönləndirmək;
- Sorğulara cavab vermək və ya zəngləri şəxsi heyətin müvafiq üzvünə yönləndirmək;
- Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
- Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Namizədlərə tələblər:
- Xanım namizədlər ;
- Yaş: 18-35;
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Xoşagələn zahiri görünüş;
- Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Stres altında işləmə qabiliyyəti;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Müştəri xidmətləri üzrə köməkçi” qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...