Qısa məzmun
OMİD MMC Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanın tikinti materiallarının pərakəndə satışı üzrə ən böyük şəbəkəsi olan, 1994-cü il tarixindən ölkədə fəaliyyət göstərən “OMİD” MMC “FAB Group”un tərkibində fəaliyyət göstərməkdədir. OMİD Mağazalar şəbəkəsi əsasən İşıqlandırma, Elektrik, Elektrik əl alətləri, Xırdavat, İnşaat materialları, Boya məhsulları, Divar kağızları, İstilik və havalandırma, Məişət malları, Santexnika və Bağ-bağça məhsullarının topdan və pərakəndə satışını həyata keçirir.
OMİD Mağazalar şəbəkəsi Müştəri xidmətləri üzrə mütəxəssis vakansiyasını elan edir.
Namizədə dair əsas tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Səlis niqt qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).
Əsas vəzifə və öhdəliklər:
- Zəng edən və ya edilən şəxslə əlaqə qurmaq;
- Məlumatlandırma, təqdimat və istiqamətləndirmələrin ona verilən səlahiyyət çərçivəsində düzgün və səmərəli aparılmasını təmin etmək;
- Müştəri şikayətlərini yaxşı dinləyici olaraq dinləmək;
- Müştərinin ehtiyaclarını düzgün başa düşmək və onlara düzgün həllər təqdim etmək;
- Səlahiyyətindən və biliyindən artıq hər hansı bir vəziyyət baş verərsə, aidiyyəti şöbəyə yönləndirmək;
- Şirkət və müştəri arasında yaxşı bir əlaqə körpüsü qurmaq;
- Hörmət və qaydalar çərçivəsində problemlərin həllini tapmaq;
- Qısa və aydın məlumatlar sayəsində müştəriləri şirkətə cəlb etmək;
- Kampaniyaları müştərilərə ötürmək;
- Daxil olan zənglərlə gələn müştərilərə şirkətin xidmətləri və məhsulları haqqında ətraflı məlumat vermək;
- Danışdığı bütün müştərilərin məlumatlarını şirkət sisteminə daxil etmək və onların hesabatlarını hazırlamaq;
- Telefonda müştərilərə dəstək olmaq və müştəri məmnuniyyətini təmin etmək.
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əməkhaqqı 500 manat
- Cinsi – xanım
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” sözlərini qeyd edərək habib.valiyev@omid.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...