Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ziraat Bank Azərbaycan ASC Müştəri Xidmətləri Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə qabiliyyəti olmalıdır.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
- Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi ;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri;
- Əldə olunmuş məlumatlar əsasında sahibkarın ödəniş qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, proqnoz hesabatlar hazırlamaq, təqdim olunmuş biznes planın məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq qabiliyyəti;
- Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
- Banklarda hesabların açılması və aparılması, sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarının aparılmasına dair iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Stresin idarə edilməsi bacarığı;
- Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
- Xarici dil bilikləri (Rus dili, İngilis dili);
- Kompüter bilikləri (MS Excel, MS Word).
Əsas vəzifələr:
- Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
- Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
- Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
- Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Çarpaz satışı təmin etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Sentyabr ayının 30-dək cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sizə uyğun filialın adını yazmaqla “Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...