Qısa məzmun
Tufandag Mountain Resort Müştəri xidmətləri rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətləri agentlərinin işə götürülməsi, onlara təlim keçirilməsi və inkişaf etdirilməsi, həvəsləndirmə və səlahiyyət vermə yolu ilə məsul ola biləcəkləri mühitin yaradılması;
- Müştəri xidmətləri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərin cəlb edilməsi, üzvlərin artımının asanlaşdırılması;
- Müştərilərin problemləri ilə maraqlanmaq və həllinin izlənilməsi;
- Komanda üçün aydın olan iş vəzifələrinin təyin olunması;
- Xidmət prosedurları, siyasətləri və standartlarının inkişaf etdirilməsi;
- Müştəri xidmətləri üzrə sənədləşmələrin dəqiq aparılması;
- Dəqiq statistik hesabatların aparılması;
- Sahə üzrə inkişafın izlənilməsi, həmin inkişafa paralel inkişaf etmək, təkmil təcrübələrin sahə üzrə tətbiq olunması;
- Kəmiyyət və keyfiyyət üzrə hədəflərə çatmaq üçün resurslara nəzarət və aktivlərdən düzgün istifadə;
- Təsdiq olunmuş büdəyə nəzarət və idarə edilməsi;
- Prioritetlərə uyğun olaraq nizamlı iş axının təmin edilməsi;
- Tabeçiliyinidə olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
- Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
- Müvafiq sahələrdə 3 il idarəedici səviyyədə iş təcrübəsi;
- MS Office, Outlook (istifadəçi səviyyəsi);
- Keyfiyyətə nəzarət sistemləri, təlim prosesi və biliklərin yoxlanılması, şikayətlərin idarə olunmasının prinsipləri;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili;
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
- Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
- Diqqətli, punktual, səbirli, məsuliyyətli və ünsiyyətcil olmalı;
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində işin adı (Müştəri xidmətləri rəhbəri) göstərilməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...