Qısa məzmun
FINCA Azerbaijan Müştəri Xidmətləri Təmsilçisi (Əlaqə Mərkəzi) vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ljwv50brr
Təsvir
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə
Müştəri xidmətləri təmsilçisi (Əlaqə Mərkəzi) vəzifəsini elan edir.
Vəzifənin əsas öhdəlikləri hansılardır?
- FINCA məhsul qayda və şərtlərinə uyğun olaraq kredit müraciətlərinin çeşidlənməsi və kateqoriyalara bölünməsi: Növbəti satışlar və proseslərin paylanmasına zəmanət verilməsi üçün uyğun müraciətin Kredit Satışları Bürosuna göndərilməsi, ətraflı rəyi ərizəçiyə təqdim etməklə kredit müraciətindən imtina edilməsi;
- Kredit müraciətinə hər hansı düzəlişlərin tələb edilməsi barədə (telefon və WhatsApp vasitəsilə) müştərilərə xəbər vermək və tələb olunmuş qaydada telefon və ya WhatsApp vasitəsilə müştərilərə dəstək göstərilməsi;
- FINCA, kredit prosesi və kredit şərtləri barədə müştəriyə ilkin məlumatları vermək;
- Kredit yoxlanışı prosesinin keyfiyyət və səmərəliliyini təkmilləşdirmək məqsədilə Satış komandası ilə əməkdaşlıq etmək və müxtəlif təcrübələrdə iştirak etmək;
- Ehtiyac olarsa hesabatdan və ya sistem vasitəsilə müştərinin cari kredit və iş yeri ilə tanış olmaq;
- Ərizəçilərə düzəlişlərlə birlikdə müraciətlərini yenidən təqdim etmələri və ya zənglərin xüsusiləşdirilməsi üzrə təyin olunmuş qaydalar əsasında tələb olunan sənədləri təqdim etmələrini xatırlatmaq;
- Kredit vermə ilə bağlı nəzarətçi tərəfindən həvalə olunmuş digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Təhsil və Təcrübə:
- Maliyyə, İqtisadiyyat və digər müvafiq sahələr üzrə Bakalavr dərəcəsinin olmasına üstünlük verilir;
- Azərbaycan dilində səlis şifahi və yazılı bacarıqlar;
- Azərbaycan dilindən peşəkar, yığcam və səlis qaydada istifadə edərək çat vasitəsilə müştərilərə diqqət ayıra bilmək;
- Kredit, müştəri xidmətləri, Əlaqə mərkəzi və ya əlaqəli sahələrdə 6 aydan çox iş təcrübəsi;
- Kreditvermə prosesləri və prosedurları barədə əsas məlumatlar;
- Microsoft Office proqramları daxil olmaqla, kompüter biliyi və bacarıqları.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...