Qısa məzmun
Rihand MMC Ofisdən kənar müştəri xidmətləri üzrə menecer üzrə vakansiya elan edir.
Rihand startupı olaraq daim öz üzərində çalışan, öz məqsədləri uğrunda daha yüksək zirvələri sürətli şəkildə fəth etmək istəyən, öz işini sevib, işindən və həyatından zövq almaq istəyən, innovativ layihədə çalışmaq istəyən komanda yoldaşlarının axtarışındayıq.
Vəzifəyə olan tələblər:
- Yüksək izah etmə qabiliyyəti
- Məsuliyyətli, səbrli, hazırcavab, ünsiyyətcil, çalışqan, çevik işləmə bacarığı
- Analitik düşünmə, alternativ həll yolları təmin edə bilmə
- Komanda ilə işləmək bacarığı
- Davamlı öyrənmə, özünü inkişaf etdirmə və yeniliklərə açıq olmalı
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq tərzi
- Rus dili biliyi – üstünlükdür
Vəzifə öhdəlikləri:
- Təyin olunan ərazi üzrə müəssisədə proqram təminatının quraşdırılması və fəaliyyətinin təmin edilməsi
- Xidmətlər barəsində məlumat vermək və təlimlər keçmək
- Xidmətlərdə yaranan problemlərin aradan qaldırılmasına
- Proqram təminatı ilə bağlı yaranan sualların cavablandırılması
- Müştərinin proqram təminatı ilə bağlı yeni tələblərinin qeyd edərək, komanda liderinə bildirməsi
- Xidmət əlavə edən freelancerlərin xidmətlərinin düzgün əlavə edilməsinin yoxlanılması və onların işlərinə nəzarət
- Əlavə edilən xidmətlərin doğruluğunun müştəri ilə təsdiqləndirilməsi
- Hər sahəyə görə xidmətlərin adlarının genişləndirilməsi və standartlaşdırılması
Biz nə vəd edirik?
- Performansın dəyərləndirilməsi, gördüyü işlər haqqında daimi geri dönüş, təcrübə mübadiləsi
- Müasir idarəetmə metodikası vasitəsilə qısa zamanda yüksələn iş performansınızı təyin edə bilmə
- Daxili və xarici bazar təcrübəsindən faydalanmaq
- Məhsulu inkişaf etdirmə texnikalarının tətbiqinin həyata keçirilməsi üçün sürətli təcrübə qazanılması
- Daimi öyrənmək, Sürətli inkişaf etmə prespektivi, mehriban və səmimi kollektivdə iş
- İş keyfiyyətinə görə seçilən şəxslər idarəedici vəzifəyə təyin olunacaq
- Əmək haqqı + bonuslar
- 3 aylıq yoxlama periodundan sonra əmək haqqında artırılacaq
- Əlavə olaraq, performans dəyərləndirilməsinə görə motivasiya bonuslarının tətbiq edilməsi
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti
Rihand tətbiqi gözəllik və sağlamlıq sahəsində çalışan peşəkarların işlərinin real dəyərinin qazanmasını təmin edən platformadır. Həm də real görülən işlərə əsasən formalaşan peşəkar portfolio təmin edən yeni bir sosial media formatlı tətbiqdir. Rihand MMC gözəllik və sağlamlıq sahəsi üzrə çalışan sahibkarları, peşəkar mütəxəssisləri və müştəriləri birləşdirərək iş sistemlərini, müştəri əlaqələrini, brendinqin yaradılmasını avtomatlaşdırılmış şəkildə təmin edən, növbə sisteminin tətbiqi ilə isə mütəxəssislərin peşəkarlığını ön plana çıxarılmasını təmin edən platformadır.
Namizədlərin öz cv-lərini hr@rihand.az email ünvanına göndərmələri və mövzu hissəsində vakansiyanın adının qeyd edilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...