Qısa məzmun
Bal Line QSC Müştəri Xidmətləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komanda tərkibində işləmə bacarığı olmalıdır.
İşin Təsviri:
- Müştərilərdən gələn zənglərə cavab vermək;
- Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış;
- Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək;
- Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunmasına nail olmaq/ ehtiyac yarandığı zaman müvafiq şöbəyə yönləndirmək;
- Bütün Etopaz müştərilərinin veb saytımızdan ən yaxşı şəkildə faydalanmalarına kömək etmək;
- Müştərilərə onların hər zaman yanında olduğumuzu göstərərək müştəri loyallığının qorunmasına və inkişaf etdirilməsinə nail olmaq;
Tələblər:
- Ali təhsil;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan və rus dilləri, yaxşı səviyyədə ingilis dili biliyi
- Kompüter bilikləri: Microsoft Office proqramları;
- Komanda tərkibində işləmə bacarığı;
- Dəqiqlik və operativlik;
- Dəyişkən iş qrafiki;
Maraqlanan namizədlərdən CV-lərini e-poçt ünvanına “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı ilə göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...