Qısa məzmun
Aqrar İnnovasiya və Təchizat Şirkəti Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq;
- Kompüter bilikləri: MS Office(Excel biliyi mütləqdir);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;
- Analitik düşüncə tərzi;
- Dəqiq nizam intizamlı,məsuliyyətli olmaq;
- Operativ və gördüyü işə cavabdehlik;
- Komandada və sərbəst işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Müştəri bazası üzrə məlumatların sistematik olaraq təhlil edilməsi,seqmentləşdirilməsi,lidlərin qiymətləndirilməsi,müştəri xidmətləri üzrə mütəxəssislərin müştərilər və tərəfdaşlarla qarşılıqlı fəaliyyətin koordinasiya edilməsi;
- CRM fəaliyyətinin təyin edilmiş KPİ-lara nail olmasında öhdəliyinə düşən digər işlərin icrası
- Struktur bölmə rəhbərinin digər müvafiq tapşırıqlarını yerinə yetirilmək;
Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Müştəri xidmətləri/mütəxəssis” qeyd etməklə göndərmələri tələb olunur.
Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...