Qısa məzmun
AccessBank Müştərilərə Dəstək Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Link https://qlor.me/lj2wxrt0o
Təsvir
- Pərakəndə Biznes departamentinin fəaliyyət sahəsinə aid məhsul və xidmətlərinin bütün növlərini bilmək və onlar haqqında potensial müştərilərin məlumatlandırılması;
- Filiala daxil olan müştərilərin qarşılanması, bank üzrə tələb və istəklərinin müəyyən edililməsi və müvafiq bölmələrə yönləndirilməsi;
- Müştərilərin ödəniş terminallarına, bankomatlara, onlayn kanallara yönləndirilməsi;
- Bankın müştəri məmnunluğunun artırılması məqsədini özünün əsas funksionallığı və hədəfi kimi qəbul edilməsi və bu istiqamətdə xidmətin göstərilməsi;
- Növbə aparatı, ödəniş terminalları, bankomatlar üzrə müştərilərə dəstəyin göstərilməsi;
- Filialda müştərilərin növbəliliyinə, gözləmə müddətinə nəzarət edilməsi;
- Ofisdaxili səliqəyə, aktiv kampaniyalara əsasən flayerlərin flayer qablarında, yerlərində olmasına nəzarət edilməsi;
- Filial Müdiri tərəfindən verilmiş müvafiq tapşırıqların icra edilməsi.
Tələblər
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti;
- Təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...