Qısa məzmun
Ə/h razılaşma yolu ilə. SR Group Co MMC Müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyətin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: “SR Group” MMC
Vakansiya: Müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyətin qiymətləndirilməsi üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini səlis, ingilis dilini orta səviyyədə bilməli;
- 2 il pərakəndə satış sahəsində iş təcrübəsi olmalı (keyfiyyət üzrə təcrübənin olması böyük üstünlükdür);
- Microsoft Office (Outlook, MS Excel) – istifadəçi səviyyəsi;
- Müştəri xidmətlərində və müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyət standartları;
- Analiz, problemlərin həlli və qərarvermə;
- Müştəriyə fokuslanma;
- Keyfiyyətə fokuslanma;
- Dəqiqlik və təfsilatlara yönümlülük;
- İnkişafa yönümlülük.
Vəzifələr:
- Müvafiq meyarlar əsasında satış və xidmət nöqtələrində keyfiyyətinin dəyərləndirilməsi;
- Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi;
- Hər bir əməkdaş və qrup səviyyəsində xidmət keyfiyyətinin dəyərləndirilməsi;
- Xidmət və satış keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət;
- Kritik və qeyri-kritik səhvlərin təyin olunması;
- Dəyərləndirmə formunun yenilənməsi;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması.
Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi ulvi.verdiyev@srgroupco.com e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...