IR üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

C and S Group LLC Insan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya tələbləri:

  • Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
  • Yaş həddi: 25-35 yaş aralığında;
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
  • AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;
  • ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;
  • Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
  • Komanda ilə işləmə bacarığı;
  • Səliqəli klassik iş geyimi (dress code).

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi office@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;
  • Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;
  • Əmək haqqı kartlarının sifariş olunması;
  • Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;
  • Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;
  • Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;
  • Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;
  • Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;
  • Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;

İş şəraiti:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • Əmək haqqı: 800 AZN;
  • Şirkət tərəfindən korporativ nömrə verilir.

Oxşar vakansiya siyahısı:

650₼
İnzibati işlər üzrə kiçik mütəxəssis

A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

A-Group Insurance Company

08.01.2025 - Bakı

Sənədləşmə üzrə Mütəxəssis

Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssis

AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...

AR-metiz MMC

27.12.2024 - Bakı