Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Analoji sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Vakansiya: Məhsul üzrə menecer (Mebel)
Vəzifə öhdəlikləri:
- Assortimentlərin yaradılması;
- Bazar tələbatının, rəqiblərin assortimentlərinin öyrənilməsi;
- Məhsulun gəlirliliyini təyin etmək;
- Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılması; sifarişlərin yerləşdirilməsi, təchizatçılarla danışıqların aparılması;
- Qiymətin təyin edilməsi, məhsulun satılma tezliyini təyin etmək;
- Satışın stimullaşdırılması, reklam və promo aksiyaların təşkil edilməsi.
- Merçendayzinq standartlarının hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Mebel sahəsindən (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) məlumatlı olmalı;
- Vəzifə üzrə iş təcrübəsi – 1 ildən;
- Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli;
- Ofis və 1C proqramlarını yüksək səviyyədə bilməlidir.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
Rəqabətqabiliyyətli əmək haqqı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjv98jss
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...