Qısa məzmun
Ə/h 1000-1200 AZN. Mətanət A Nəqliyyat şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Danışıq qabiliyyətli və fikrini aydın ifadə etməyi bacarmalıdır.
İş barədə məlumat:
- Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi
- İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi
- Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi
- Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi
- Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması
- Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 6 günlük
- İş saatı: həftə içi 5 gün 09-00-dan 18-00-dək
- Şənbə günü: Saat 09:00-dan 13:00-a dək
- Bazar günü: İstirahət
- Servis xidməti mövcuddur
- Nahar şirkətdə verilir
- İş yeri: Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən zavodumuzda yerləşir
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (analoji sahə üzrə)
- Yaş həddi: 30-50
- Dillər: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) vəzifələrdə ən azı 3 il iş təcrübəsi
- Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir)
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq
- Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti
- Şəxsi keyfiyyətləri:
- Danışıq qabiliyyətli və fikrini aydın ifadə etməyi bacarmalı
- İşə planlı və vicdanla yanaşması
- Ünsiyyət yaratmaq bacarığı
- Liderlik qabiliyyəti
- Fəal olması
- Dəqiqlik və dürüstlük
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...