Qısa məzmun
Fresh Logistics Nəqliyyat dispetçeri vəzifəsi üzrə vakansiya elan edir.
“Fresh Logistics” MMC-də Nəqliyyat dispetçeri vakansiyası aktivdir.
Nəqliyyat dispetçerinin vəzifələri
- Səfər öncəsi baş mexaniklə birlikdə yük avtomobilini sürücüyə təhvil verilməsi;
- Yükün təyinat yerinə vaxtında çatmasını təmin etmək üçün yük avtomobilinin izlənilməsi;
- Sifarişlərin düzgün doldurulmasını təmin etmək üçün mühasibat, satış və ya planlama kimi digər şöbələrlə əlaqələndirməsi;
- Planlama şöbəsi ilə əlaqə saxlamaq, onları gecikmələr, daşınma zamanı problemlər və ya daşınma zamanı yarana biləcək digər məsələlər barədə məlumatlandırmaq;
- Bütün yüklərin düzgün yüklənməsi, daşınması və boşaldılması qaydalarına dair reys öncəsi sürücülərin təlimatlandırılması;
- Hava şəraiti ilə bağlı monitorinqlər aparmaq, təhlükəli hava şəraiti haqqında səfərdə olan sürücüləri öncədən məlumatlandırmaq;
- Yanacaq sərfiyyatına nəzarət etmək, fərlər yarandığı halda baş mexaniki məlumatlandırmaq;
- Səfərboyu yaranmış plana daxil olmayan xərclərin səbəblərinin araşdırılıb uçotunun aparılması;
- İstismar qaydalarına dair reys öncəsi sürücüləri təlimatlandırmaq və baş vermis qayda pozuntularının aşkarlanması üçün mütəmadi monitorinqlər aparmaq;
- Sürücülərin fəaliyyətinə rəhbərlik etmək;
- Səfər ərzində yaranmış problemlərlə bağlı rəhbərliyi məlumatlandırmaq;
- Reysdən dönən yük avtomobillərinə texniki baxış keçirilməsi üçün baş mexaniki öncədən məlumatlandırmaq;
- Reysdən dönən yük avtomobilininin sürücüdən təhvil alınması üçün baş mexaniklə birlikdə texnikaya baxış keçirmək;
- Aşkarlanmış uyğunsuzluqların səbəbinin müəyyənləşdirilməsi və dəymiş zərərin ödənilməsini təmin etmək üçün müvaviq sənədləşmə işini aparmaq.
Nəqliyyat dispetçerinə dair tələblər
- Təhsil: bakalavr dərəcəsi, nəqliyyat və logistika üzrə bakalavr dərəcəsi üstünlükdür
- Təlim və Təcrübə: Müvafiq sahə üzrə 3 il rəsmi iş təcrübəsi
- Mükəmməl ünsiyyət, sürücülərin idarəolunmasl və müştəri xidməti bacarıqları
- Vaxtın səmərəli idarəedilməsi
- Microsoft Office və dispetçer proqramlarında (GPS) işləmək bacarığı
- Stressə davamlılıq
İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 600-800 AZN
- Nahar və Servis şirkət tərəfindən qarşılanır
- İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B
- Maraqlanan namizədlər öz cv formalarını vakansiya adı qeyd etməklə hr@freshlogistics.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...