Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Nəqliyyat İstismarı Departamentinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Nəqliyyat İstismarı Departamentinin müdiri.
İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il.
Təhsil: Ali təhsil.
İşin Təsviri: İstismar Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.
Vəzifə öhdəlikləri:
- Avtomaşınların istismarı zamanı yaranan maneələrin(DYP,BNA,Nəqliyyat departamenti) aradan qaldırılmasında fəal iştirak etmək;
- Bakıda və rayonlarda olan bütün nəqliyyat vasitələrinə zəruri olan (Sığorta,texniki baxış və reklam) sənədlərinin alınmasını Təhcizat şöbəsinə sifariş verilməsini təmin etmək;
- Sifarişlərə uyğun avtomaşınların tipinin( həcm, tonnaj) müəyyən edilməsini təşkil etmək;
- Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
- Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən ,tibb çantası və.s ) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasını təmin etmək;
- İstismar sahəsində çalışan əməkdaşların maarifləndirilməsi üçün (Nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında ) təlim və tədrislər təşkil etmək.
Tələblər:
- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki.
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Nəqliyyat İstismarı Departamentinin müdiri” yazıb CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...