Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Nəqliyyat sənədləri üzrə kargüzar vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydaları yaxşı bilməli
Vəzifə öhdəlikləri:
- Şirkətin bütün əməkdaşlarına/qonaqlara nəqliyyat sorğularının koordinasiyasında yardım etmək, onlara vaxtında yazılı rəy vermək
- Coins” proqramında xidmətlərin ödənişi, avtobus və taksi icarəsinin ödənişi, sürücülərin iş vaxtından artıq işləməsi, parkinq haqqı və s. kimi bütün növ ödənişlərdə yardım etmək
- Şirkətin bütün nəqliyyat vasitələrinə vaxtında benzin doldurulmasını təmin etmək
- Bütün ödənişlərin statusu və təchizatçılarla müqavilələrin müddəti ilə bağlı Maliyyə Departamentinə vaxtında dəstək vermək
- Bütün sürücülərin həftəlik yazılı gediş hesabatları və səfərqabağı hesabatlarını yazmalarını və bu hesabatları aylıq olaraq Nəqliyyat Nəzarətçisinə təqdim etmələrini təmin etmək
- Şirkətin bütün minik və yük maşınları üçün Yol Polis İdarəsindən gələn sənədlərin rəsmiləşdirilməsində Nəqliyyat Nəzarətçisinə kömək etmək
- Nəqliyyat Nəzarətçisinin sorğusu əsasında aylıq və ya illik daşıma hesabatlarının hazırlanmasına yardım etmək
- Şirkətin bütün nəqliyyat vasitələrində yaranan texniki nasazlıqlar barədə məlumat vermək
- Şirkətin bütün nəqliyyat vasitələrinin həftəlik taxometr məlumatları haqqında qeydiyyat aparmaq
- Şirkətin nəqliyyat vasitələrinin jurnallarının (sürücülərin əlaqə məlumatları, identifikasiya nömrələri və s. daxil olmaqla) dəqiq şəkildə aparılmasını koordinasiya etmək
- Şirkətin təhlükəsizlik tələblərinə uyğun olaraq bütün zəruri avadanlıqların mövcudluğunun yoxlanmasına kömək etmək
- Daşınma ilə bağlı Risklərin Qiymətləndirilməsində iştirak etmək
- Nəqliyyat vasitəsinin vəziyyətinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığını və nəqliyyat vasitəsinin təhlükəsizlik avadanlığının yerində və yaxşı işlək vəziyyətdə olub-olmadığını yoxlamaq
- GPS sistemi ilə şirkətin bütün nəqliyyat vasitələrini müşahidə etmək və onlara nəzarət etmək
- Şirkətin bütün nəqliyyat vasitələrinin sığortalanmasının və Kasko sığortasının koordinasiyasını aparmaq
Vəzifənin kvalifikasiyası:
- Bakalavr dərəcəsi
- Maliyyə sahəsində iş təcrübəsi arzuolunandır
- Excel/Microsoft Office, Outlook üzrə yüksək səviyyədə biliklər
- Power Point proqramı üzrə ümumi biliklər
- Azərbaycan və ingilis dillərində sərbəst, rus dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları
- Yol hərəkəti qaydalarını, Baş Dövlət Yol Polis İdarəsinin qaydalarını və s. yaxşı bilmək
- Eyni anda birdən çox tapşırığı idarə etmək bacarığı
- Gənc, səmimi, pozitiv kişi namizəd
Please, send your CV/Resume to hr@azerbaijansupermarket.com with “Nəqliyyat sənədləri üzrə kargüzar” subject
Oxşar vakansiya siyahısı:
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...