Qısa məzmun
Camal LTD şirkəti Nəqliyyat şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- MS Office(Word, Excel, Outlook) proqramlarından mükəmməl istifadə bacarığı;
- Sürücülük vəsiqəsi- BC kateqoriya;
- Maşınların texniki xarakteristikasını bilməli;
- Dispetçer və nəqliyyat işinin təşkili sahəsində təcrübəli;
- Yaş həddi 30-55 yaş arası;
Vəzifə öhdəlikləri:
- Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda dərhal bu barədə rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Sürücülərin avtomobilin idarə edilməsinı dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edmək;
Əlavə məlumat:
- 6 günlük iş həftəsi, tam iş günü;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
- Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07
Maraqlanan namizədlərdən mövzu sətrində “Nəqliyyat şöbə müdiri” qeyd etməklə CV ni e-mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Sürücü
İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...
400 — 450 ₼
Sürücü köməkçisiAyan MMC şirkəti Sürücü köməkçisi vəzifəsi üzrə vakansiyası elan edir. ...
Əməliyyat üzrə baş mütəxəssis
189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...