Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sirab ASC Nəqliyyat üzrə dispetçer vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office – əla;
- Dil bilikləri: Azərbaycan dili – əla;
- Minimum 3 il iş təcrübəsi;
- Yol-nəqliyyat işinin təşkilini bilməli;
- Yük avtomobil daşımalarının planlaşdırılması, uçotu və təhlili üzrə rəhbər materialları bilməli;
- Yük daşımalarının təşkili məsələləri üzrə müvafiq orqanların qərar, sərəncam, əmrlərini, metodik, normativ və digər rəhbər materialları haqqında nəzəri biliklərə sahib olmalı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Planlaşdırma və problem həll etmə bacarığı;
- Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
- İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Vəzifə öhdəlikləri:
- Daşımalar üçün optimal marşrut xətlərinin hazırlanması;
- Satış təmsilçilərinin günlük sifarişlərini qəbul edilməsi və yüklərin müştərilərə vaxtında və qüsursuz çatdırılmasını təşkili, bunun üçün zəruri tədbirlərin görülməsi;
- Sürücülərin işinin təşkil edilməsi və onların növbə planlarına və daşımalar üzrə tapşırıqların yerinə yetirilməsinə nəzarət edilməsi;
- Sürücülərə yol vərəqələrinin təqdim edilməsi və digər sənədlərin qəbul edilməsi, doldurulması, onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət edilməsi;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal rəhbərliyə məlumat verilməsi;
- Avtomobillərin təmirə dayanması ilə bağlı məlumat verilməsi və təmirə yönləndirilməsi;
- Yanacaq sərfi haqqında hesabatları hazırlaması, yanacaq kartlarının verilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət edilməsi;
- Davamiyyət və başqa hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
İş vaxtının norması:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq;
- Yemək və ya pulu şirkət tərəfindən;
- Korporativ telefon nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Nəqliyyat üzrə dispetçer” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Logistika koordinatoru
Starex Logistika koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...