Qısa məzmun
AtaSığorta ASC Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri:
Şirkət : AtaSığorta ASC
İş qrafiki : Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.06.2021
Əsas vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
- Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
- Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
- Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
- Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması;
- Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
- Şöbə müdirinin digər tapşırıqlarının icra edilməsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat üzrə təhsilə üstünlük verilir)
- İş təcrübəsi: 1 ilə qədər
Tələb olunan bacarıq və səriştəliklər:
- Əla səviyyədə Azərbaycan, Rus, İngilis dilləri biliyi
- Microsoft Office proqramlarının peşəkar istifadəçisi
- Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür
- Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
- Sığorta sahəsində müvafiq fəaliyyət üzrə iş təcrübəsi olanlara üstünlük verilir.
- Analitik düşünmə qabiliyyəti və riyazi hesablama bacarığı
- Əməliyyat proqramında işləmək bacarığı
- Təqdimat etmə bacarığı
- Kiçik qrup komandanı idarə etmək və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarığı
Müraciət etmək üçün
Başlıqda “Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri” qeyd olunmaqla CV-nizi ir@atasigorta.az ünvanınıza göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...