Qısa məzmun
Avrora Nəzarət üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil tələb olunur.
Vəzifələr:
- Anbarlarda mal və materialların silinmə prosesində iştirak edilməsi;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
- İllik sayım planına əsasən nəzərdə tutulmuş anbar sayımlarının keçirilməsinin izlənilməsi və keçirilmiş sayım hesabatlarının hazırlanması;
- İş proseslərinin müşahidəsi zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak;
- Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında şöbənin adından iştirak edilməsi;
- Nəzarət şöbəsinin rəhbəri və nəzarət üzrə aparıcı mütəxəssis tərəfindən yerində aşkarlanmasına ehtiyac olan əməliyyatlarda iştirak edilməsi;
- Periodik olaraq anbar sahələrinə ziyarətlərin edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində tövsiyələrin verilməsi;
- Sayımlar və silinmə zamanı mənimsəmə və uyğunsuzluqların araşdırılması;
- Təşkilatın daxili nəzarət sisteminin tətbiqinin müşahidə edilməsi;
- Xidmət və mal alımları proseslərində əhəmiyyətli hesab edilən proseslərdə iştirak;
- Şöbə rəhbəri tərəfindən verilmiş təlimatlar əsasında komissiyaların tərkibində yoxlamalarda iştirak edilməsi.
Tələblər:
- Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
- 3 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Risk dəyərləndirilməsi üzrə biliklər;
- İnventarizasiya prosesi barədə biliklərinin olması;
- MS Office Excel bilikləri (yüksək səviyyədə).
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş vaxtı: 08:00-dan 17:00-dək;
- İş yeri: Hökməli qəs., Avrora Sənaye Parkı;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...