Nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 AZN. Melissa Group Nəzarətçi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir.

“Melissa Group” – yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya Ofis meneceri (receptionist) vakansiyasıdır.

İş barədə məlumat:

  • Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
  • Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
  • Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
  • Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
  • Hadisələrə qarşı diqqətli davranmaq
  • Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
  • Obyekti vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
  • Obyektə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
  • Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
  • Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
  • Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
  • Növbə zamanı xüsusi geyim formasında olmaq
  • Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
  • Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
  • Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
  • Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək

Vəzifə ilə bağlı tələblər

  • Yaş: 20-30
  • Cinsi: kişi
  • Boyu: 170 sm
  • Həqiqi hərbi xidməti başa vurmuş
  • Təhsili: Tam orta və ya peşə təhsili
  • Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
  • Rus dilini bilməsi üstünlükdür
  • Çevik və doğru qərar vermə bacarığı
  • Məhkumluluğunun olmaması

Əlavə məlumat:

  • Əmək haqqı: 500 AZN
  • İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur

CV-lərinizi hr@melissagroup.az ünvanına “Nəzarətçi” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Videomonitorinq üzrə mütəxəssis

Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

30.10.2024 - Bakı

550₼
Mühafizə

AzəriMed QSC Mühafizə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

22.10.2024 - Bakı