Qısa məzmun
Melissa Group Nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək
- Buraxılış nəzarət sisteminin həyata keçirilməsi
- Müəssisə ərazisini nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək
- Daxili təhlükəsizlik qaydalarına əmək olunmasına nəzarət etmək
- Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək
- Hadisələrə qarşı diqqətli davranmaq
- Başverən hadisə barədə növbə rəisini mütəmadi olaraq məlumatlandırmaq
- Ərazini vaxtaşırı gəzmək, vəzifələrin icrasını həyata keçirmək
- Əraziyə gələn qonaqlarla etik normalar əsasında davranma, gülərüz münasibət göstərmək
- Tapşırılan ərazidə yerləşən obyektləri daim nəzarətdə saxlamaq
- Xidmət zamanı baş verən hallar barədə növbə rəisinə məruzə etmək
- Növbə zamanı ona tapşırılmış ərazini tam nəzarətdə saxlamaq və növbəni təlimata uyğun qaydada aparmaq
- Növbə zamanı xüsusi geyim formasında olmaq
- Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək
- Şirkətin daxili nizam-intizam və etik davranış qaydalarına riayət etmək
- Obyekt daxilində müştəriyə yardımçı olmaq, lazım gəldiyi təqdirdə istiqamətləndirmə və məlumatlandırma işini görmək
- Yanğın və şəxsi təhlükəsizlik qaydalarına əməl etmək
Namizədə dair tələblər:
- Yaş: 20-40
- Cinsi: kişi
- Boyu: 170 sm
- Həqiqi hərbi xidməti başa vurmuş
- Təhsili: Tam orta və ya peşə təhsili
- Azərbaycan dilində sərbəst yazmaq, oxumaq, və danışmağı bilməsi vacibdir
- Rus dilini bilməsi üstünlükdür
- Çevik və doğru qərar vermə bacarığı
- Məhkumluluğunun olmaması
Əlavə məlumat:
- Əməkhaqqı: 600 AZN
- İş saatı: Növbəli iş qrafiki ilə təyin olunur
CV-lərinizi hr@melissagroup.az ünvanına “Nəzarətçi” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...